"Səbail"dən ardıcıl ikinci qələbə, "Şəfa" darmadağına sevindi

 "Səbail"dən ardıcıl ikinci qələbə, "Şəfa" darmadağına sevindi

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 2-ci turun görüşləri keçirilir.

"Mediasport" xəbər verir ki, ikinci oyun günündə üç matç keçirilib.

Çempionata Premyer Liqadan düşmüş "Səbail" mövsümdə ardıcıl ikinci qələbəsini qazanıb.

Çempionluğa digər iddialı "Şəfa" Zaqatalada yerli komandanı darmadağın edib.

Liqaya çempion kimi yüksələn "Şahdağ Qusar" isə turu məğlubiyyətlə başa vurub.

Tura sentyabrın 19-da yekun vurulacaq.


Azərbaycan 1-ci Liqası. 2-ci tur


“Cəbrayıl” – “Mingəçevir” 1:3

Hakimlər: Əkbər Əhmədov, Qəzənfər Məmmədov, Mirnihat Seyidov, Kamran Əliyev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Nəriman Axundov

Şamaxı OİK stadionu, 16:00


18 sentyabr (cümə axşamı)

“Zaqatala” – “Şəfa” 0:4

Hakimlər: Murad Səlimov, Asif Abdullayev, Taleh Məmmədov, Rövşən Rəcəbov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Yavər Rəhimov

Zaqatala OİK stadionu, 15:30


“Difai” – “Səbail” 1:2

Hakimlər: Nicat İsmayıllı, Rəhman Aslanov, Elman Kərimov, Emin Əliyev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Rüfət Əmirov

Ağsu şəhər stadionu, 16:00


“Şahdağ Qusar” – “Baku Sportinq” 2:3

Hakimlər: Namiq Bəkirov, Zakir Şükürzadə, Samir Qaracayev, Şamil İmanzadə

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: İlham Əliyev

Şamaxı OİK stadionu, 16:00


19 sentyabr (cümə)

“Şimal” – MOİK

Hakimlər: Ruslan Quliyev, Vüqar Bayramov, Elmin Süleymanov, İslam Məmmədov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Kifayət Mustafayeva

Şamaxı OİK stadionu, 16:00