Superliqada 6-cı qolunu vurub komandasına 1 xal qazandırdı
Futbol üzrə Albaniya Superliqasında 32-ci turun oyunları keçirilib.
"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Vüsal İsgəndərlinin formasını geyindiyi “Partizani” doğma meydanda "Biliş"lə qarşılaşıb.
Matçda qalib müəyyənləşməyib - 1:1.
Yığmamızın forvardı 19-cu dəqiqədən penaltidən fərqlənərək komandasına 1 xal qazandıran qolun müəllifi olub.
Cari mövsüm Superliqada 6-cı dəfə adını tabloya yazdıran Vüsal 75-ci dəqiqədə əvəzlənib.
“Partizani” 45 xalla 5-ci pillədə qərarlaşıb. Çempionluq yarışından uzaqlaşan komanda Konfrans Liqasına vəsiqə uğrunda yarışır.
