Azərbaycanın iki klubu Budvada Avropa Kubokunda iştirak edəcək

 Azərbaycanın iki klubu Budvada Avropa Kubokunda iştirak edəcək

Azərbaycan iki şahmat komandası Monteneqronun Budva şəhərində keçiriləcək klublararası Avropa Kuboku yarışında iştirak edəcək.

"Mediasport" xəbər verir ki, qitənin ən güclü kişi və qadın şahmatçıları arasında təşkil ediləcək yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq.

Rauf Məmmədov, Aydın Süleymanlı, Read Səmədov, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov və Kənan Qarayev Sərxan Həşimovun kapitanlığı ilə “Vüqar Həşimov” klubunun şərəfini qoruyacaqlar.

Nicat Abbasovun kapitanlıq edəcəyi "Odlar Yurdu" komandamızda isə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova yer alacaqlar.

Yarış oktyabrın 17-23-ü aralığında baş tutacaq.