Dünya Kuboku başlandı: Yalnız Fətəliyeva qələbə qazana bildi

Gürcüstanın Batumi şəhərində qadınlar arasında şahmat üzrə Dünya Kuboku start götürüb.
"Mediasport" xəbər verir ki, "uduzan mübarizəni dayandırır" sistemi ilə keçirilən yarışda Azərbaycanın 4 şahmatçı ilə təmsil olunur.
Zəriflərimizdən yalnız Ülviyyə Fətəliyeva turnirə qələbə ilə başlayıb. O, avstraliyalı Jilin Janqı məğlub edib (1:0).
Gövhər Beydullayeva 1-ci mərhələnin ilk oyununda iranlı Anahita Zahidifərlə, Gülnar Məmmədova Kanada şahmatçısı Yunşan Li ilə heç-heçə edib (0,5: 0,5)
Xanım Balacayeva isə startda qazaxıstanlı Elnaz Kaliaxmetə məğlub olub (0:1).
Şahmatçılarımız cavab görüşlərini sabah keçirəcəklər.