VİDEO: Şəhriyar rəqibinin əlini sıxmamasına aydınlıq gətirdi

VİDEO: Şəhriyar rəqibinin əlini sıxmamasına aydınlıq gətirdi

Şəhriyar Məmmədyarov "UzChess Cup" turnirində 19 yaşlı özbəkistanlı Muhiddin Mədəminovla qarşılaşmada baş verən gərginliyin səbəbini açıqlayıb.

"Mediasport" xəbər verir ki, azərbaycanlı qrossmeyster üstün mövqedə olduğu halda rəqibindən gözlənilmədən heç-heçə təklifi almasına qıcıqlanıb.

Təklifin qeyri-etik olduğunu bildirən və buna görə çox əsəbləşən Məmmədyarov psixoloji gərginlik səbəbindən növbəti gedişdə uduzduğunu söyləyib.

O, gənc oyunçuların belə vəziyyətlərdə mübarizəni sona qədər davam etdirməli olduqlarını vurğulayıb.

Xatırladaq ki, Məmmədyarov məğlub olduqdan sonra rəqibi ilə əl sıxışmayıb və masanı əsəbi şəkildə tərk edib.