Fətəliyeva növbəti mərhələdə, Balacayeva mübarizəni dayandırdı

Fətəliyeva növbəti mərhələdə, Balacayeva mübarizəni dayandırdı

Gürcüstan Batumi şəhərində qadınlar arasında şahmat üzrə Dünya Kuboku davam edir.

"Mediasport" xəbər verir ki, azərbaycanlı zəka sahibləri bu gün ikinci dövrənin cavab oyunlarını keçiriblər.

Təmsilçilərimizin hamısı günü heç-heçə ilə başa vurublar.

Bununla Ülviyyə Fətəliyeva iki oyunun nəticəsində mərhələ adlayıb, Xanım Balacayeva ümumi hesabda qazaxıstanlı rəqibinə uduzaraq mübarizəni dayandırıb.

Gövhər Beydullayeva və Gülnar Məmmədova isə rəqibləri ilə güclünü sabah tay-brekdə müəyyənləşdirəcək.

Ümumi mükafat fondu 691 250 ABŞ dolları olan yarışın qalibi 50 min dollar qazanacaq və yekunda ilk üç yeri tutacaq şahmatçı İddiaçılar Turnirinə vəsiqə əldə edəcək.