"Shamakhi Open" beynəlxalq festivalın qalibi müəyyənləşdi

"Shamakhi Open" beynəlxalq festivalın qalibi müəyyənləşdi

"Shamakhi Open" beynəlxalq şahmat festivalının qalibi məlum olub.

"Mediasport" xəbər verir ki, Azərbaycan şahmatçısı Xəzər Babazadə birinci yeri tutub.

O, IX turda Əhməd Əhmədzadəyə qalib gələrək xalını yeddiyə çatdırıb.

Vitali Bernadski də Vüqar Manafova qalib gələrək yarışı eyni nəticə ilə başa vurub. Lakin əlavə göstəriciləri liderdən geri qaldığından ukraynalı şahmatçı ikinci sırada qərarlaşıb.

Bundan öncə Şəkidə keçirilmiş analoji yarışın qalibi Xaqan Əhməd 6,5 xalla "Shamakhi Open"i üçüncü yerdə başa vurub.

Turnir Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə "Chess Tour Azerbaijan" çərçivəsində keçirilib.