Azərbaycanın Polşada Avropa Kubokunda 16 cüdoçusu yarışacaq

 Azərbaycanın Polşada Avropa Kubokunda 16 cüdoçusu yarışacaq

Polşanın Bielsko-Biala şəhərində keçiriləcək yeniyetmələr arasında Avropa Kubokunda mübarizə aparacaq Azərbaycan cüdoçuları müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 16 çəki dərəcəsində 31 cüdoçu (17 oğlan, 14 qız) ilə təmsil olunacaq.

Milli komandamıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə ilə Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.

16-17 may tarixlərində baş tutacaq beynəlxalq turnirdə 36 ölkədən 786 idmançı (449 oğlan, 337 qız) yarışacaq.


Oğlanlar


50 kq

Nihad Ağayev

Fərid Rzazadə

55 kq

Fərid Xudiyev

İbrahim Talıbov

Rza Xəlilli

60 kq

Mehman Əsgərov

Məhəmmədəli Hüsiyev

66 kq

İlkin Qarayev

Elgün Ələkbərov

73 kq

Sadiq Məmmədov

Yusuf Nəzər

81 kq

Yaqub Məmmədov

Ayxan Həsənli

90 kq

Ömər Axundov

Nurəddin Əliyev

+90 kq

Tamerlan Əliyev

Ruslan Kazımov


Qızlar


40 kq

Sunay Salamova

Zəhra Quliyeva

44 kq

Pərvin Sevxanlı

Fatimə Abdullayeva

48 kq

Könül Eyvazlı

Fatimə Fərmanzadə

52 kq

Zəhra Mövləmverdiyeva

Tövsiyyə Babayeva

57 kq

Gülnaz Məmmədtağıyeva

Səmayə Yusifli

63 kq

Nəzakət Vəliyeva

Zilan Hüseynli

70 kq

Məsumə Məmmədli

+70 kq

Zemfira Əliyeva