Azərbaycanı Tallindəki turnirdə təmsil edəcək cüdoçular açıqlandı
6-7 iyunda Estoniyanın paytaxtı Tallində cüdo üzrə böyüklər arasında Avropa Açıq Turniri keçiriləcək.
"Mediasport" xəbər verir ki, ölkəmiz yarışda 7 çəki dərəcəsində 10 qadın cüdoçu ilə təmsil olunacaq.
Heyətə qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcək.
Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq turnirdə 35 ölkədən 261 idmançı mübarizə aparacaq.
Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri, "A" kateqoriyalı hakimlər Arzu Acalova və Rəşad Əliyev də yer alacaq.
Qadınlar
-48 kq
Şəfəq Həmidova
Diana Tçkayeva
-52 kq
Gültac Məmmədəliyeva
-57 kq
Ülviyyə Bayramova
Gülnarə Bayramova
-63 kq
Fidan Əlizadə
-70 kq
Aytac Qardaşxanlı
Südabə Ağayeva
-78 kq
Nərmin Əmirli
+78 kq
Madina Kaisinova


