Azərbaycan 59 ölkə arasında 3-cü, kişilərin yarışında 1-ci oldu

Azərbaycan 59 ölkə arasında 3-cü, kişilərin yarışında 1-ci oldu

Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə "Qran-pri" turnirinə yekun vurulub.

"Mediasport" xəbər verir ki, Azərbaycan komandası yarışda 4 medal qazanıb.

Ruslan Paşayev (66 kq) qızıl medalla yarışın qalibi olub.

Vüsal Qələndərzadə (81 kq) gümüş, Ömər Rəcəbli (81 kq) və Camal Qamzatxanov (100 kq) isə bürünc mükafat əldə ediblər.

Komandmaız 59 ölkə arasında ümumi hesabda üçüncü, kişilərin yarışında birinci yeri tutub.