Liqa yarışının 2-ci turu keçiriləcək

  Liqa yarışının 2-ci turu keçiriləcək

Mayın 19-da Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə kişilər arasında Liqa yarışının 2-ci turu keçiriləcək.

"Mediasport" xəbər verir ki, turnirdə 49 klub və idman cəmiyyətini təmsil edən 314 idmançı 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq. 

Bu il kişilər arasında Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Turların yekununa əsasən idmançıların reytinq siyahısı formalaşacaq.