Cüdoçu Elmar Qasımov növbəti çempionluğu 35 yaşında qazandı
Qadın və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub.
"Mediasport" xəbər verir ki, Bakı İdman Sarayında keçirilən birinciliyin ikinci günündə 7 çəkidə 93 cüdoçu arasından mükafatçılar müəyyənləşib.
Azərbaycanın tanınmış cüdoçularından 35 yaşlı Elmar Qasımov növbəti çempionluğunu qazanıb.
Çempionat bu gün reallaşacaq komanda yarışları ilə başa çatdırılacaq.
Azərbaycan çempionatı
Qadınlar
48 kq
1. Könül Əliyeva (Neftçi İK)
2. Şəfəq Həmidova (Azəri-Cüdo İKİB)
3. Aişə Qurbanlı (FHN İSK)
3. Diana Tçkayeva (Azəri-Cüdo İKİB)
52 kq
1. Aydan Vəliyeva (Neftçi İK)
2. Leyla Əliyeva (Neftçi İK)
3. Könül Eyvazlı (Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ)
3. Gültac Məmmədəliyeva (Neftçi İK)
57 kq
1. Vüsalə Hacıyeva (Neftçi İK)
2. Gülnarə Bayramova (Neftçi İK)
3. Ülviyyə Bayramova (Şuşa UGİM)
Kişilər
81 kq
1. Vüsal Qələndərzadə (Atilla İK)
2. Süleyman Şükürov (Neftçi İK)
3. Mehdi Abbasov (Qəbələ Bakı)
3. Cəsur İbadlı (Neftçi İK)
90 kq
1. Məmmədrza Hacızadə (Sərhədçi İM)
2. Aslan Kotsoyev (Judo Club 2012)
3. Əli Qazıməmmədov (Sərhədçi İM)
3. Xəyyam Əliyev (Azəri-Cüdo İKİB)
100 kq
1. Elmar Qasımov (Atilla İK)
2. Əjdər Bağırov (DİN İC)
3. Canpolad Əliyev (Azəri-Cüdo İKİB)
3. Davud Namazlı (Atilla İK)
+100 kq
1. Kənan Nəsibov (Kanokan-TT İK)
2. Camal Qamzatxanov (Azəri-Cüdo İKİB)
3. Camal Feyziyev (Sərhədçi İM)
3. Sübhan Axundov (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)
