Azərbaycanın yığması FİBA Çempionlar Kubokunda 2-ci oldu

Azərbaycanın yığması FİBA Çempionlar Kubokunda 2-ci oldu

3x3 qadın basketbolçulardan ibarət Azərbaycan yığması Tailandın paytaxtı Banqkokda keçirilən FİBA Çempionlar Kubokunda gümüş medal qazanıb.

"Mediasport" xəbər verir ki, komandmaız finalda Niderland seçməsinə uduzub - 12:21.

Beləliklə, basketbolçularımız bu yarışda FİBA 3x3 Çempionlar Kuboku 2027, FİBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edə bilməyiblər.