AVRO-2027: Azərbaycan millisi Bakıda Bolqarıstan yığmasına qarşı
Qadın basketbolçulardan ibarət Azərbaycan milli komandası bu gün AVRO-2027-nin seçmə qrup mərhələsində mübarizəyə başlayacaq.
"Mediasport" xəbər verir ki, E qrupunda yer alan Evrən Alkayanın baş məşqçisi olduğu kollektiv Bolqarıstan yığması ilə qarşılaşacaq.
Bakı İdman Sarayında baş tutacaq duel saat 15:00-da start götürəcək.
Xatırladaq ki, millimiz noyabrın 15-də Monteneqronu qəbul edəcək.
