Son çempion 2026/2027-cii llər mövsümünə qələbə ilə başladı

 Son çempion 2026/2027-cii llər mövsümünə qələbə ilə başladı

Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027-ci illər mövsümü start götürüb.

"Mediasport" xəbər verir ki, ilk gündə bir matç keçirilib.

Açılış oyununda son çempion “Sabah” ötən mövsümün gümüş mükafatçısı “LANDAU Lions” ilə qarşılaşıb.

Bakı İdman Sarayında keçirilən görüş "bayquşlar"ın qələbəsi ilə yekunlaşıb - 84:74.

Qeyd edək ki, yeni mövsümdə ABL-də 8 komanda - “Sabah”, “LANDAU Lions”, “Gəncə”, “Neftçi”, “Ordu”, “Naxçıvan”, NTD və “Sumqayıt” mübarizə aparacaq.