İsveçrə yığması Bakıda millimizi darmadağın etdi - AVRO-2029
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi AVRO-2029-un seçmə mərhələsində ilk oyununu keçirib.
"Mediasport" xəbər verir ki, komandamız A qrupunun ilk turunda İsveçrə yığması ilə qarşılaşıb.
Milli Gimnastika Arenasında baş tutan görüş rəqibin böyük fərqli üstünlüyü ilə yekunlaşıb - 84:33.
Yığmamızın növbəti matçı noyabrın 14-də Bakıda İrlandiya basketbolçularına qarşı olacaq.

