Millimiz Belarusla bacarmadı
Basketbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının ilkin seçmə mərhələsinin son hazırlıq oyunlarına çıxıb.
"Mediasport" xəbər verir ki, yığmamız Belarusla keçirdiyi hər iki oyunda məğlub olub (50:74, 67:92).
Komanda AÇ-2029-un seçmə mərhələnin ilk raundunda 2 iyul səfərdə Lüksemburqla, 5 iyul doğma azarkeşlər önündə İrlandiya ilə qarşılaşacaq.


