Azərbaycanlı futbolçu bu dəfə "İnter" klubu ilə müqavilə bağladı

Tailandda çıxış edən azərbaycanlı futbolçu Asiya ölkəsində Məmməd Quliyev klubunu dəyişib.
"Mediasport" xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi karyerasını ölkənin 3-cü liqasında davam etdirəcək.
O, "İnter"ə (Banqkok) keçib. "Muanq Loey Yunayted"dən ayrılan Məmməd yeni klubu ilə 1 illik müqavlə imzalayıb.
Qeyd edək ki, Məmməd Quliyev karyerası ərzində "Rəvan", "İnter" (indiki "Şamaxı"), "Şüvəlan", "Kampaengpet", "Kasem Bundit", "Tonburi Yunayted", "Uttaradit", "Saraburi Yunayted" (hamısı Tailand) klublarında forma geyinib.