"Qarabağ" növbəti transferı həll etdi - Qurban Qurbanovun özü açıqladı

"Qarabağ" növbəti transferı həll etdi - Qurban Qurbanovun özü açıqladı

Bu yay ciddi şəkildə dəyişikliyə məruz qalan "Qarabağ" yeni futbolçu ilə güclənib.

"Mediasport" xəbər verir ki, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bir az əvvəl reallaşan mətbuat konfransında məlumat paylaşıb.

Mütəxəssis yeni transferin adını açıqlamasa da, "Tvente" ilə UEFA Konfrans Liqasının ilk matçı üçün sifariş etməyə çatdırmadıqlarını bildirib:

"Dünən bir dəyişiklik olmalı idi, amma qaldı. Sanki iş tamamlanırdı...Yeni transferlə bağlı deyirəm. Birdən-birə problem orataya çıxdı, qaldı".

Yeni oyunçununun Niderland klubu ilə cavab görüşünə qədər heyətdə olacağı gözlənilir.

Xatırladaq ki, " atlılar" bu yay Sami Mmae, Emmanuel Addai, Ramil Şeydayev, Toral Bayramov, Kevin Medina, Fabian Buntiç, Amin Ramazanov, Leandro Andrade, Sadiq Məmmədzadə, Kamilo Duran və Abdulla Zubirlə vidalaşıblar.

Əvəzində heyətə Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas, Bençe Varkonyi və Cebrail Makreçkis cəlb olunub.