Hakimləri söyən "Kəpəz"in baş məşqçisi 4 oyunluq cəza aldı
AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Mediasport" xəbər verir ki, toplantıda "Kəpəz"in U-17 komandasının baş məşqçisi Anar Kələntərov barəsində sərt cəza qərarı çıxarılıb.
U-17 Liqasının "Neftçi" ilə matçında hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılan mütəxəssis 4 oyunluq diskvalifikasiya edilib.
