"Qarabağ" Amin dedi - Rzayev mövsümün yeni rekordçusu oldu

"Qarabağ" Amin dedi - Rzayev mövsümün yeni rekordçusu oldu

"Qarabağ"ın futbolçusu Amin Rzayev Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünün rekorduna imza atıb.

"Mediasport" xəbər verir ki, 33-cü turun “Sumqayıt”la görüşündə meydana çıxan müdafiəçi mövsümün ən gənc futbolçusu olub.

O, Premyer Liqada 15 yaş 204 günlüyündə debüt edib.

2009-cu il oktyabrın 12-də anadan olan Rzayev bu göstəricidə mövsümün yeni rekordçusudur.


Son 15 ilin 15 yaşlı debütantları


1. Budaq Nəsirov – 15 yaş 128 gün (“Turan”, 2011/12)

2. Anar Həsənov – 15 yaş 202 gün (“Rəvan”, 2012/13)

3. Amin Rzayev – 15 yaş 204 gün (“Qarabağ”, 2024/25)

4. Orxan Əliyev – 15 yaş 231 gün (“Sumqayıt”, 2011/12)

5. Elnur Cəfərov – 15 yaş 320 gün (“Xəzər Lənkəran”, 2012/13)

6. Səbuhi Abdullazadə - 15 yaş 349 gün (“Sumqayıt”, 2017/18)