Azərbaycanda daha bir baş məşqçi istefaya göndərildi

Azərbaycanda daha bir baş məşqçi istefaya göndərildi

Futbol üzrə Azərbaycan 1-ci Liqasında mübarizə aparan "Baku Sportinq" baş məşqçi Samir Ələkbərovla yollarını ayırıb.

"Mediasport" xəbər verir ki, mütəxəssislə müqaviləyə qarşılqılı razılıq əsasında xitam verilib.

Paytaxt klubu qapıçılar üzrə məşqçi Davud Əsgərovla da vidalaşıb.

Qeyd edək ki, "Baku Sportinq" 5 turdan sonra 0 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.