Quliyev "Karvan-Yevlax"ı seçdi
1-ci Liqaya hazırlaşan "Karvan-Yevlax" heyətinə yeni futbolçu qatıb.
"Mediasport" xəbər verir ki, aranlılar Sadiq Quliyevi transfer ediblər.
31 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Son olaraq "Səbail"də oynamış Quliyev daha əvvəl "Qəbələ", "Zirə" və "Turan Tovuz"da forma geyinib.


