"Qarabağ"ın oyununa görə Bakı metrosunda iş rejimi dəyişdiriləcək
“Qarabağ”ın bu axşam UEFA Konfrans Liqası çərçivəsində "Dinamo"ya (Kiyev) qarşı oyunu ilə əlaqədar Bakı Metropolitenində iş rejimi dəyişdiriləcək.
"Mediasport" xəbər verir ki, matçın baş tutacağı Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik” stansiyası gücləndirilmiş qrafikdə fəaliyyət göstərəcək.
Stansiyada növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.
“Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri görüləcək.
Görüş saat 20:00-da başlanacaq.


