Azərbaycan milli komandası FİFA reytinqində daha 4 pillə gerilədi

 Azərbaycan milli komandası FİFA reytinqində daha 4 pillə gerilədi

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

"Mediasport" xəbər verir ki, ötənaykı cədvəldə 1 addım geri düşən Azərbaycan yığması bu dəfə sıralamada 4 pillə geriləyib.

Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 1132.97 xalla 127-ci olub.

Reytinqə 1877.18 əmsalla İspaniya seçməsi başçılıq edir.

Xatırladaq ki, komandamız 2025-ci ildə keçirdiyi heç bir oyunda qələbə qazanmayıb.