"Sabah" - "Qarabağ" oyununu FİFA referisi idarə edəcək
Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış “Sabah” – “Qarabağ” matçının təyinatları açıqlanıb.
"Mediasport" xəbər verir ki, görüşü FİFA referisi Elçin Məsiyev idarə edəcək.
Matç “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan Premyer Liqası. 1-ci tur
18 dekabr (cümə axşamı)
“Sabah” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bank Respublika Arena”, 19:30
