Norveç milli komandası tarixində ilk dəfə dünya çempionu oldu
Qadın həndbolçular arasında dünya çempionatına yekun vurulub.
"Mediasport" xəbər verir ki, Almaniya və Niderlandın birgə ev sahibliyi etdiyi mundialın finalında Norveç və Almaniya həndbolçuları qarşılaşıblar.
Rotterdamda baş tutan görüş "Vikinqlər"in çempionluğu ilə yekunlaşıb - 23:20.
Norveç millisi bununla ilk dəfə dünya birincisi adını qazanıb.
Üçüncü yeri isə Niderland yığmasına 33:31 hesabı ilə qalib gələn Fransa həndbolçuları əldə ediblər.
