Bakıda keçiriləcək İBA Çempionlar Gecəsi bu tarixdə baş tutacaq

  Bakıda keçiriləcək İBA Çempionlar Gecəsi bu tarixdə baş tutacaq

Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək.

"Mediasport" xəbər verir ki, ilk dəfə "Sea Breeze Resort"da təşkil olunacaq yarışda dünyanın güclü boksçularının iştirakı ilə 6 döyüş baş tutacaq.

Bu görüşlərin 5-də Azərbaycan idmançıları təmsil olunacaq.

47,6 kq-da dünya çempionumuz Sübhan Mamedov Riçard Qardla (Filippin) üz-üzə gələcək.

Dünya çempionatının mükafatçıları Sərxan Əliyevlə (70 kq) Səidcəmşid Cəfərov (72,6 kq) müvafiq olaraq, Nurtas Ajbenov (Qazaxıstan) və Nikolay Veselov (Belarus) ilə qarşılaşacaq.

Avropa Oyunlarının üçüncüsü Tayfur Əliyev (60 kq) Xurşidbek Rasuljonovla (Özbəkistan), Dünya kubokunun yarımfinalçısı Nəbi İsgəndərov (70 kq) Hikmət Qarayevlə (Rusiya) gücünü yoxlayacaq.

Boksçularımızın hər birinin döyüşü 6 raunddan ibarət olacaq.

Digər görüşdə isə Çeerav Aşalayevlə (Rusiya, 76,2 kq) Mixail Dolqolevets (Belarus) münasibətinə aydınlıq gətirəcək.

Bu qarşılaşma 8 raund davam edəcək.

İBA Çempionlar Gecəsi iyulun 10-da, saat 19:00-da start götürəcək.