Azərbaycanın iki boksçusu Avropa çempionatında qızıl medal qazandı

 Azərbaycanın iki boksçusu Avropa çempionatında qızıl medal qazandı

Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatına yekun vurulub.

"Mediasport" xəbər verir ki, Azərbaycan təmsilçiləri qitə birinciliyində 7 medal qazanıblar.

İki boksçumuz Avropa çempionu olub - Məhəmmədəli İstamov və Cəmilə Muradlı rəqib tanımayıb.

Həsrət Məmmədov, İsmayıl Nəsirzadə və Səma Abbasova gümüş, Qardaş Rəhimov, Hidayət Məmmədov və Xumar Cəfərli isə bürünc mükafat əldə edib.