Peşəkar Çövkən Liqasında yeni mövsüm sabah start götürəcək

Peşəkar Çövkən Liqasında yeni mövsüm sabah start götürəcək

Sabah Peşəkar Çövkən Liqasında yeni mövsüm start götürəcək.

"Mediasport" xəbər evrir ki, saat 13:30-da çempionatın açılış mərasimi keçiriləcək.

Sonra ilk turun oyunları başlanacaq.

Cari mövsüm turnirdə 12 komanda mübarizə aparacaq.

Çempionat iki dövrəli sistem formatında təşkil olunacaq. Hər dövrədə 11 tur, ümumilikdə isə 132 oyun baş tutacaq.


Peşəkar Çövkən Liqası. 1-ci tur


11 mart

14:00. "Sərhədçi" - "Buta Golden"

15:00. "Polad" - "Elit"

16:00. "Omar" - "Xəzər"

12 mart

14:00. "Şirvan" - "Atilla"

15:00. "Qarabağ" - "Embawood"

16:00. "Zəfər" - "Ağstafa Dilbaz"