"Barselona" evdə "Atletiko"ya, "Liverpul" səfərdə PSJ-yə uduzdu

"Barselona" evdə "Atletiko"ya, "Liverpul" səfərdə PSJ-yə uduzdu

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulub.

"Mediasport" xəbər verir ki, ikinci oyun günündə qalan iki qarşılaşma baş tutub.

İspaniya derbisində "Barselona" "Atletiko" ilə üz-üzə gəlib və katalonlar evdə gözlənilmədən uduzublar.

Turnirin son qalibi PSJ isə Parisdə "Liverpul"dan güclü olub.

Cavab görüşləri aprelin 14-15-də keçiriləcək.


UEFA Çempionlar Liqası. 1/4 final. İlk oyunlar


"Barselona" (İspaniya) - "Atletiko" (Madrid, İspaniya) 0:2

Qollar: Xulian Alvares, 45, Aleksandr Sörlot, 70.

Baş hakim: İştvan Kovaç (Rumıniya)


PSJ (Fransa) - "Liverpul" (İngiltərə) 2:0

Qollar: Dezire Due, 11, Xviça Kvaratsxeliya, 65.

Baş hakim: Xose Maria Sançes Martines (İspaniya)