Dünya Kuboku: Gimnastlarımız Burqasda 3 gümüş medal qazandı

 Dünya Kuboku: Gimnastlarımız Burqasda 3 gümüş medal qazandı

Akrobatika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Bolqarıstanın Burqas şəhərində keçirilən Dünya Kubokunda üç müxtəlif proqram üzrə uğurla çıxış ediblər.

"Mediasport" xəbər verir ki, qarışıq cütlükdə Sabir Ağayev və Milana Əliyeva, kişi cütlüyündə Murad Rəfiyevlə Daniel Abbasov gümüş medala sahib çıxıblar.

Abdulla Əl-Məşayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidlidən ibarət kişi qrupu da eyni nəticəyə imza ataraq fəxri kürsünün ikinci pilləsində yer alıb.