Morqan "İmişli"dən ayrıldı
"İmişli" dhaa bir futbolçu ilə yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, aranlılar Ezekiel Morqanla vidalaşıblar.
Qanalı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, Morqan 2025/26 mövsümündə "İmişli"nin heyətində 33 rəsmi oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


