"Turan Tovuz"un "Neftçi" ilə vacib matçının biletləri satışa çıxarıldı

Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində keçiriləcək "Turan Tovuz" - "Neftçi" oyununun biletləri satışa çıxarılıb.
"Mediasport" xəbər verir ki, azarkeşlər biletləri Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərlər.
2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Mayın 10-da keçiriləcək qarşılaşma saat 19:30-da start götürəcək.