"Kəpəz"in kapitanı uzun müddət yaşıl meydanlardan kənar qalacaq

 "Kəpəz"in kapitanı uzun müddət yaşıl meydanlardan kənar qalacaq

“Kəpəz”in kapitanı Dioqo Verdaskanın tibbi müayinəsinin cavabı açıqlanıb.

"Mediasport" xəbər verir ki, portuqaliyalı müdafiəçi uzun müddət yaşıl meydançalarda olmayacaq.

Dünən məşqdə zədələnən kapitanın sağ bud əzələsində 14 sm uzunluğunda yırtıq aşkarlanıb.

Tibbi heyətin protokoluna əsasən, Verdaskanın müalicəsi 6 həftə sürəcək.