Ruslandan ikinci qızıl medal!

 Ruslandan ikinci qızıl medal!

Atıcılıq üzrə Azərbaycan millisinin üzvü Ruslan Lunyov Estoniyanın Männiku şəhərində keçirilən "Lapua" Avropa Kubokunda növbəti qızıl medalını qazanıb.

"Mediasport" xəbər verir ki, təmsilçimiz bu dəfə 25 metr məsafəyə standart tapança yarışında 571 xal toplayaraq bütün rəqiblərini geridə qoyub.

Lunyov yarışda daha əvvəl 25 metr məsafəyə mərkəzi atəş açma yarışında çempion olmuşdu.