Bölgə klubunun ən sərrast futbolçusu "Səbail"ə yollandı

Bölgə klubunun ən sərrast futbolçusu "Səbail"ə yollandı

1-ci Liqada yarışan “Səbail” qış fasiləsində ilk transferini reallaşdırıb.

"Mediasport" xəbər verir ki, Bayıl təmsilçisi heyətini Ruslan Voronsovla gücləndirib.

Hücumçu mövsümün ilk hissəsini yarışın digər klubu “Şahdağ Qusar”da keçirib.

30 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Yeni komandasında 9 nömrəli formanı geyinəcək Voronsov cari mövsüm 7 qol vurub.