"Şəfa" "Şimal"ı qəbul edəcək, "Səbail" "Mingəçevir"ə qarşı

Azərbaycan 1-ci Liqasında 1-ci turun oyunları keçirilir.
"Mediasport" xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma keçiriləcək.
"Şimal" Binədə "Şəfa"nın qonağı olacaq.
Ötən mövsümün nəticələrinə görə, Premyer Liqadan 1-ci Liqaya yuvarlanan "Səbail" "Mingəçevir"i qəbul edəcək.
Tura sabah keçiriləcək "Baku Sportinq" - "Difai" oyunu ilə yekun vurulacaq.
Birinci oyun günündə "Şahdağ Qusar" MOİK-i (2:1), "Zaqatala" "Cəbrayıl"ı (1:0) məğlub edib.
Azərbaycan 1-ci Liqası. 1-ci tur
16:30 "Şəfa" - "Şimal"
Hakimlər: Vüqar Həsənli, Orxan İbişov, Mirnihat Seyidov, Əkbər Əhmədov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Binə qəsəbə stadionu.
19:00 "Səbail" - "Mingəçevir"
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Taleh Məmmədov, Murad Səlimov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldar Məmmədov
"ASCO Arena".