Lider mövsümdə ilk məğlubiyyətini Şamaxıda debütant klubdan aldı
Futbol üzrə Azərbaycan 1-ci Liqasında 5-ci tur start götürüb.
"Mediasport" xəbər verir ki, ilk gündə 3 matç keçirilib.
Lider "Şahdağ Qusar" Şamaxı səfərində uduzaraq mövsümdə ilk məğlubiyyətini debütant "Xankəndi"dən alıb.
Çempionluğa iddialı "Səbail" isə Zaqatalada 3 xala sevinib.
Tura sabah iki qarşılaşma ilə yekun vurulacaq.
Azərbaycan 1-ci Liqası. 5-ci tur
15 oktyabr (cümə axşamı)
“Zaqatala” – “Səbail” 1:3
Zaqatala OİK stadionu
“Xankəndi” – “Şahdağ Qusar” 1:0
Şamaxı OİK stadionu
“Mingəçevir” – “Şimal” 1:4
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)
16 oktyabr (cümə)
“Baku Sportinq” – MOİK
“Baku Sportinq Arena”
“Karvan-Yevlax” – “Gəncəbasar”
Yevlax şəhər stadionu

