Bölgə komandası üç oyunçusu ilə müqaviləyə xitam verdi - FOTO
Azərbaycan 2-ci Liqasında mübarizə aparan "Şəmkir" 3 futbolçusu ilə vidalaşıb.
"Mediasport" xəbər verir ki, əyalət komandası Taleh Fərmanov, İlkin Əliyev və Cavidan Rəhimli ilə yollarını ayırıb.
Hər üç oyunçu ilə anlaşma qarşılıqlı razılaşma əsasında pozulub.
Xatırladaq ki, çempionatda 14 turdan sonra 25 xalla 5-ci sırada qərarlaşmış qərb təmsilçisi liderdən 14 xal geri qalır.

