Peşəkar Futbol Liqası "Şəmkir"in futbolçusunu mükafatlandırdı

Peşəkar Futbol Liqasının (PFL) liqalarda “Ayın qolu” layihəsinin növbəti qalibi məlum olub.
"Mediasport" xəbər verir ki, Azərbaycan II Liqasında dekabr ayının ən gözəl qolunu “Şəmkir” klubunun futbolçusu Vidadi Cəfərov vurub.
Hücumçu bu gün 15-ci turun "Göygöl"lə oyunundan əvvəl mükafatlandırılıb.
V.Cəfərova mükafatı PFL-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.