Mükafatçılar ilkə imza atdılar

  Mükafatçılar ilkə imza atdılar

Azərbaycan 2-ci Liqada 2025/2026 mövsümünün mükafatçıları müəyyənləşib.

"Mediasport" xəbər verir ki, "Xankəndi" qızıl, "Qaradağ Lökbatan" gümüş, "Quba" bürünc medal qazanıb.

Hər üç komanda tarixində ilk dəfə mükafatçılar sırasına düşüb.

2023-cü ildə bərpa olunan 2-ci Liqa ardıcıl 3-cü dəfə Peşəkar Futbol Liqasının bayrağı altında təşkil olunub.

Baş tutan üç mövsüm ərzində yalnız bir komanda - "Şahdağ Qusar" iki dəfə "üçlük"də yer alıb.

Əvvəlki iki mövsümdə mükafat qazanan 5 komandanın hamısı cari çempionatda 1-ci Liqada mübarizə aparır.