Vüqar Nadirov Azərbaycanın bölgə klubu ilə müqavilə bağladı

Vüqar Nadirov Azərbaycanın bölgə klubu ilə müqavilə bağladı

Futbol üzrə Azərbaycan 2-ci Liqasında mübarizə aparan "Şəmkir"i yeni mövsümdə kimin çalışdıracağı müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Vüqar Nadirov baş məşqçi postunda fəaliyyətini davam etdirəcək.

Mütəxəssislə "1+1" illik müqavilə imzalanıb.

Xatırladaq ki, 38 yaşlı çalışdırıcı komandaya 2024-cü ili noyabrından rəhbərlik edir. "Şəmkir" mövsümü 5-ci yerdə başa vurub.