Bu gün Bakıda FIFA U-15 dünya çempionatı və festivalı başlanır

Bu gün Bakıda FIFA U-15 dünya çempionatı və festivalı başlanır

Bu gün Bakıda tarixdə ilk dəfə keçiriləcək FIFA U-15 dünya çempionatı və festivalı start götürəcək.

"Mediasport" xəbər verir ki, turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar mübarizə aparacaqlar.

Oktyabrın 30-da başa çatacaq DÇ-də ümumilikdə 1000-ə yaxın oyun olacaq.

Yarış açılış və bağlanış istisna, yeni inşa edilmiş 20 minifutbol meydançalı Hövsan Yarış Kompleksində keçiriləcək.

Açılış və final görüşləri Bakı Kristal Zalında baş tutacaq.

Azərbaycan millisi ilk gündə - açılış matçı çərçivəsində saat 19:30-da Bakı Kristal Zalında Şərqi Timor yığması ilə üz-üzə gələcək.

Komandamız ümumilikdə oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da Avstraliya, oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti futbolçuları ilə qarşılaşacaq.