"Zirə" Türkiyə klubunu məğlub etdi

  "Zirə" Türkiyə klubunu məğlub etdi

"Zirə" növbəti yoxlama oyununda qüvvəsini sınayıb.

"Mediasport" xəbər verir ki, qəsəbə təmsilçisi Türkiyənin "Fatih Karagümrük" komandasını məğlub edib (1:0).

"Qartallar" buna qədər keçirdiyi yoxlama matçlarında "Qarabağ" (3:4), Özbəkistanın "Navbahor" (1:3) və Türkiyənin "Iğdır" (3:4) klublarına uduzub.