"Qarabağ"dan millimizin üzvləri olmuş məşhurlara YENİ TƏKLİF
“Qarabağ” futbol klubu akademiyada işləyən bütün məşqçilərlə müqavilənin müddətini uzatmaq istəyir.
"Mediasport" xəbər verir ki, məlumatı "Azərtac"a açıqlamasında akademiyanın meneceri Nail Kərimov bildirib.
O, bununla bağlı məşqçilərə təklif göndərildiyini qeyd edib:
“Bizim tərəfimizdən onlara yeni müqavilənin bağlanılması ilə bağlı təklif irəli sürülüb. Əlbəttə ki, mütəxəssislərin də fikriləri önəmlidir. Yəqin ki, mayın sonunda rəsmi qərar açıqlanacaq”.
Qeyd edək ki, “Qarabağ” futbol klubunun akademiyasında Rauf Əliyev, Maksim Medvedev və Rəşad Sadiqov kimi tanınmış veteran futbolçular işləyir.
