Vüqar Nadirov Azərbaycan klubundan yola salındı - RƏSMİ

Vüqar Nadirov Azərbaycan klubundan yola salındı - RƏSMİ

Vüqar Nadirov 2-ci Liqa klubu “Şəmkir”in baş məşqçi postunu tərk edib.

"Mediasport" xəbər verir ki, qərb təmsilçisi Azərbaycan milli komandasının veteran futbolçusu ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıb.

Nadirov bu ilin yayından komandanın baş məşqçisi idi.

Qeyd edək ki, “Şəmkir” 6 turdan sonra 9 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.