"Bu komandaya kömək etmək və qələbələr qazanmağa gəlmişəm"

"Bu komandaya kömək etmək və qələbələr qazanmağa gəlmişəm"

“Araz-Naxçıvan”a keçdiyimə görə şadam və həvəslə futbol mövsümünün başlamasını gözləyirəm. Komandanın uğur qazanması üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm.

"Mediasport" xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın yeni transferi Hamidu Keyta deyib.

Fransalı yarımmüdafiəçi Azərbaycana dönüşü, transferi və hədəflərindən danışıb.

"Komandaya kömək etmək və qələbələr qazanmağa gəlmişəm. “Araz-Naxçıvan” ötən mövsüm yaxşı nəticələr qazandı. Komandanın üçüncü yeri tutması, UEFA Konfrans Liqasına vəsiqə qazanması yaxşı işlərin nəticəsidir. Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir. Üstəlik, komandada kifayət qədər tanıdığım futbolçular yer alıb".

Keyta Konfrans Liqasının II təsnifat mərhələsində Yunanıstan təmsilçisinə qarşı keçirəcəkləri oyunlara da toxunub:

"Bizim üçün əsas sınaq “Aris”lə matçla başlayacaq. Bu görüşü final oyunu da adlandırmaq olar. Bilirik ki, yaxşı bir kollektivə qarşı mübarizə aparacağıq. Rəqibi düzgün təhlil edəcəyik və yaxşı hazırlaşacağıq. Bunun üçün vaxtımız var. Transferlərimiz də komandanı gücləndirəcək oyunçulardır”.

Qeyd edək ki, "Araz-Naxçıvan"la "Aris" arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.