"Ayın qolu" layihəsinin budəfəki qalibi "Qəbələ"nin üzvü seçildi
Peşəkar Futbol Liqasının (PFL) “Ayın qolu” layihəsində Premyer Liqa üçün yanvar ayının qalibi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, AFFA-da fəaliyyət göstərən xüsusi münsiflər heyətinin səsinə əsasən, “Qəbələ”nin futbolçusu Domi Massumo birinci olub.
Qeyd edək ki, qaliblər 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdirilir.
