Azərbaycan milli komandası Monteneqro yığmasına qalib gəldi

Monteneqroda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.
"Mediasport" xəbər verir ki, yığmamız meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
Görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə topu 65-ci dəqiqədə Onur Əliyev vurub.